AZ

Qazaxda heyvanlarını əkin və örüş sahələrinə aparmaq istəyənlər çətin vəziyyətdəVİDEO

Magistral yolda yeraltı keçid var, amma sakinlər istifadə edə bilmirlər...

Xezerxeber.az xəbər verir ki, Qazaxda əkin və örüş sahələrinə gediş üçün inşa edilən keçid yağış suları səbəbindən keçilməz olur.

Rayonun İkinci Şıxlı kənd sakinləri deyirlər ki, sözügedən keçiddə yığılan su sonuncu dəfə yağan qarın və yağışın qalıqlarıdır. Keçiddə suyun səviyyəsi bir metrdən də çox qalxır ki, bu da bu da hərəkəti məhudlaşdırır.

Keçidin üst tərəfi isə magistral yoldur. Oradan keçmək həm çətindir, həm də təhükəli. Ərazidəki daimi nəmişlik yolda çökmələrə də səbəb ola bilər.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçiriləcək və problemin həlli istiqamətində addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
65
xezerxeber.az

1Mənbələr