Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bütün turnirlərdə ən çox qırmızı vərəqə ona məxsusdur
"Tottenhem" klubunun kapitanı Kristian Romero İngiltərə Premyer Liqasında intizamsızlığı ilə diqqət mərkəzinə düşüb.
QOL.az xəbər verir ki, "OptaJoe" nəşrinin məlumatına görə, argentinalı müdafiəçi 25-ci turda "Mançester Yunayted"ə məğlub olduqları (0:2) görüşdə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bununla da Romero xoşagəlməz rekordun sahibi olub. O, 2021-ci ildən bəri İngiltərə klublarında çıxış edən futbolçular arasında bütün turnirlərdə ən çox qırmızı vərəqə (6 dəfə) alan oyunçudur.
Bu, ulduz futbolçunun cari mövsümdə aldığı ikinci qırmızı vərəqədir. İntizam Komitəsi Romeronu 4 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, "Tottenhem" hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyununu fevralın 10-da "Nyukasl"a qarşı keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.