Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XIX tura start verilib.
Trend-inməlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Sabah"öz meydanında "Araz-Naxçıvan"a 4:1, "Zirə" isə səfərdə "Sumqayıt"a3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Sabah" 46 xalla turnir cədvəlinə başçılıqedir, "Zirə" 32 xalla 3-cü, "Sumqayıt" 30 xalla 5-ci,"Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq.