AZ

Avropada ən yüksək və ən aşağı minimum əmək haqqı hansı ölkələrdədir? – Tam siyahı


Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında aylıq hesablanmış (ümumi) minimum əmək haqqı kəskin fərqlənir.
Yeniavaz.com
“Avrostat”ın son məlumatlarına istinadən xəbər verir ki, 2026-cı il üçün göstəricilərə görə, minimum əmək haqqı Bolqarıstanda 620 avro olduğu halda, Lüksemburqda 2 704 avroya çatır.
Minimum əmək haqqı beş Aİ ölkəsində 2 000 avrodan yüksəkdir. Bu ölkələrə Lüksemburq (2 704 avro), İrlandiya (2 391 avro), Almaniya (2 343 avro), Niderland (2 295 avro) və Belçika (2 112 avro) daxildir. Digər tərəfdən, minimum əmək haqqının ən aşağı olduğu ölkələr sırasında Bolqarıstan, Rumıniya, Latviya və Estoniya yer alır.
Qeyd olunur ki, Aİ-yə üzv beş ölkədə – Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əmək haqqı qanunvericiliklə müəyyən edilməyib və əməkhaqları kollektiv müqavilələr əsasında tənzimlənir.
“Avrostat”ın məlumatına görə, Aİ-nin 22 ölkəsində təxminən 12,8 milyon nəfər minimum əmək haqqı və ya ondan az məbləğdə maaş alır. Diqqətçəkən məqam ondan ibarətdir ki, 2026-cı ilin yanvar ayına olan vəziyyətə əsasən, minimum əmək haqqı alan işçilərin təxminən üçdə birinin gəliri 2025-ci ilin iyul ayı ilə müqayisədə artmayıb.
Avropa Birliyində və namizəd ölkələrdə minimum əmək haqqı aşağıdakı kimi olub (Avro ilə):
Lüksemburq – 2 704
İrlandiya – 2 391
Almaniya – 2 343
Hollandiya – 2 295
Belçika – 2 112
Fransa – 1 823
İspaniya – 1 381
Sloveniya – 1 278
Litva – 1 153
Polşa – 1 139
Kipr – 1 088
Portuqaliya – 1 073
Xorvatiya – 1 050
Yunanıstan – 1 027
Malta – 994
Çexiya – 924
Slovakiya – 915
Estoniya – 886
Macarıstan – 838
Rumıniya – 795
Latviya – 780
Serbiya – 744
Monteneqro – 670
Türkiyə – 654
Bolqarıstan – 620
Şimali Makedoniya – 586
Albaniya – 517
Moldova – 319
Ukrayna – 173
“Avrostat” Aİ-yə namizəd ölkələr üzrə də məlumat təqdim edir. Siyahıda Serbiya, Monteneqro, Türkiyə, Şimali Makedoniya, Albaniya, Moldova və Ukrayna yer alsa da, Bosniya və Herseqovina ilə Gürcüstanın adı çəkilmir. Namizəd ölkələr arasında ən yüksək minimum əmək haqqı Serbiyada (744 avro), ən aşağı göstərici isə Ukraynada (173 avro) qeydə alınıb.
Məlumatda həmçinin bildirirlər ki, ölkələr arasında minimum əmək haqqını müqayisə edərkən yaşayış xərclərindəki fərqlər mütləq nəzərə alınmalıdır. Bu məqsədlə “Avrostat” alıcılıq qabiliyyəti standartlarından (PPS) istifadə edir. PPS nominal məbləğdən fərqli olaraq, hər bir ölkədə əmək haqqının real olaraq nə qədər mal və xidmət almağa imkan verdiyini göstərir.
Bu metodologiyaya əsasən, 22 Aİ ölkəsində minimum əmək haqqı PPS baxımından 886 avrodan (Estoniya) 2 157 avroya (Almaniya) qədər dəyişir. Beləliklə, nominal fərqlər yüksək olsa da, alıcılıq qabiliyyətinə görə ölkələr arasındakı uçurum nisbətən azalır.
Avropa Birliyində və namizəd ölkələrdə minimum əmək haqqı aşağıdakı kimi olub (Avro ilə):
Almaniya – 2 157
Lüksemburq – 2 035
Hollandiya – 1 979
Belçika – 1 812
İrlandiya – 1 732
Fransa – 1 639
Polşa – 1 545
İspaniya – 1 519
Sloveniya - 1417
Litva – 1 413
Xorvatiya – 1 377
Rumıniya – 1 279
Portuqaliya – 1 234
Yunanıstan – 1 194
Kipr – 1 173
Macarıstan – 1 111
Serbiya – 1 105
Malta – 1 085
Slovakiya – 1 080
Şimali Makedoniya – 1 069
Türkiyə – 1 062
Monteneqro – 1 058
Bolqarıstan – 1 039
Çexiya – 1 009
Latviya – 954
Estoniya – 886
Seçilən
49
2
yeniavaz.com

3Mənbələr