Tailandın Phuket kurort adası yaxınlığında konteynerdaşıyan gəmisi qəzaya uğradıqdan sonra neft sızması baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Panama bayrağı altında Malayziyadan Banqladeşə üzən “Sealloyd Arc” gəmisi Andaman dənizində qəzaya uğrayıb. Gəmidə təxminən 300 konteyner olub ki, onlardan 14-də təhlükəli maddələr yer alıb. Qəzadan sonra dənizdə 7.2 km uzunluğunda və 1.6 km enində yanacaq ləkəsi aşkar edilib.
Gəmidə olan 16 heyət üzvü xilas edilib. Qəzanın fəsadlarının aradan qaldırılması davam edir.\\Oxu.Az