AZ

“Çay içməyə vaxtım yoxdur” Zelenski

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki ağır enerji böhranı fonunda gündəlik fəaliyyətindən söz açıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı hazırkı vəziyyətdə bütün vaxtını ölkənin ayaqda qalmasına sərf etdiyini bildirib.

“Mənim qəhvə, çay içməyə və ya gündə 300 nəşr oxumağa vaxtım yoxdur. Əgər vaxtımı bunlara ayırsam, işıq olmayacaq”, – deyə o qeyd edib.

Prezident həmçinin yaxşı bloqçu ola biləcəyini, lakin hazırda diqqətini yalnız dövlət işlərinə yönəltdiyini vurğulayıb.

Xatırladaq ki, Zelenskinin sözügedən bəyanatı Ukrayna enerji sisteminin kritik vəziyyətdə olduğu bir vaxta təsadüf edir. Belə ki, bu gün “Ukrenergo” ölkə boyu təcili elektrik kəsintilərinin tətbiq edildiyini açıqlayıb. Şirkətin məlumatına görə, paylayıcı şəbəkələrə dəyən ciddi ziyan əksər bölgələrdə qəzaların operativ aradan qaldırılmasına imkan vermir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
5
qafqazinfo.az

6Mənbələr