AZ

Tripolidə beşmərtəbəli bina uçdu - altı nəfər həlak olub

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın uçması nəticəsində ən azı altı nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, şəhər meri Əbdül Həmid Kərimə X-də açıqlayıb.

Mer bildirib ki, dağıntılar altında altı cəsəd tapılıb, daha yeddi nəfər isə sağ çıxarılıb. Kərimə qeyd edib ki, xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər.

Kərimə hökumətdən son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab Tabbana məhəlləsini fəlakət zonası elan etməsini istədiyini vurğulayıb.

Seçilən
70
ucnoqta.az

1Mənbələr