ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə Fars körfəzində sahil döyüş gəmisi USS Santa Barbara və A-10 Thunderbolt II hücum təyyarəsinin iştirakı ilə təlimlər keçirdiyini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə CENTCOM-un X sosial media səhifəsində məlumat verilib.
"Killer Tomato" təliminə ABŞ Hərbi Hava Qüvvələri və Donanması rəhbərlik edib.
Təlim yerüstü artilleriya bacarıqlarını artırmaq üçün keçirilib və regionda birgə hava və dəniz inteqrasiyasını, hazırlığını və çəkindirməni gücləndirib.
21 yanvarda "The Wall Street Journal" qəzeti ABŞ-ın Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyan gəmisi və F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarələrini yerləşdirdiyini bildirib. Məlumata görə, regionda əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən American Patriot və Thaad raketdən müdafiə sistemləri də yerləşdiriləcək.
27 yanvarda nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi olan USS Abraham Lincoln-un Omana yaxınlaşdığı bildirilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aviadaşıyıcının rəhbərlik etdiyi zərbə qrupunun Hind okeanında missiyalar həyata keçirdiyini açıqlayıb.
Elvin
Ölkə.az