AZ

“Qarabağ” azarkeşləri “Neftçi” ilə matça buraxılmadıFOTO

Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” - “Qarabağ-2” matçında maraqlı anlar yaşanıb.

 

“Teleqraf” xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.

 

Saytın əldə etdiyi məlumata görə, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.

 

Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.

 

Qeyd edək ki, son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır. “Köhlən atlar” UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki “Nyukasl”la oyuna görə Premyer Liqanın XXV turu çərçivəsində fevralın 21-də “Neftçi” ilə keçiriləcək görüşün təxirə salınmasını istəyib. Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan "Qarabağ" rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir.

Seçilən
15
8
senzor.az

9Mənbələr