Xəbər verilir ki, Şəmkirdə ölümlə nəticələnən dəhşətli ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Nəticədə sərnişin; İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.
Sürücü və sərnişinlər – Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.