Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğınbaş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlbolunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxtakonstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərəkbilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasınaimkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan söhbətgah vəyaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanarkonstruksiyaları 10kv.m. sahədə yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.