AZ

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb: İki zabit həlak olub

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb: İki zabit həlak olub

Cənubi Koreyanın Kyonqido vilayətində orduya məxsus helikopterin qəzaya uğraması nəticəsində iki hərbçi həyatını itirib.

AFN.az xəbər verir ki, hadisə bu gün, 9 fevral 2026-cı il tarixində yerli vaxtla saat 11:04-də Seuldan təxminən 55 kilometr şimal-şərqdə yerləşən Qapyonq dairəsində baş verib.

Qəzaya uğrayan Quru Qoşunlarının 15-ci Aviasiya Qrupuna məxsus AH-1S Cobra tipli zərbə helikopteri olub. Helikopterin göyərtəsində olan iki gizir ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, helikopter təlim uçuşu üçün saat 09:45-də havaya qalxıbmış. Hadisə yerində hər hansı yanğın və ya partlayış qeydə alınmayıb, mülki əhaliyə və ətrafdakı tikililərə zərər dəyməyib.

Cənubi Koreya Müdafiə Nazirliyi hadisə ilə bağlı xüsusi araşdırma qrupu yaradıb və qəzanın dəqiq səbəbləri müəyyənləşənə qədər eyni modelli helikopterlərin uçuşlarını müvəqqəti dayandırıb. Qeyd edək ki, "Cobra" helikopterləri Cənubi Koreya ordusunun arsenalında istismar müddətini başa vurmaqda olan və mərhələli şəkildə xidmətdən çıxarılan köhnə modellərdən hesab edilir.

Seçilən
69
afn.az

1Mənbələr