AZ

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzillər veriləcək

Sabirabadda əlilliyi olan şəxslər və şəhid ailələri üçün 10 mənzil alınır – 694 min manat ayrıldı.

Banker.az xəbər verir ki, “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması həyata keçirilir.

Məlumata görə, mənzillərin alınması ilə bağlı keçirilən satınalma çərçivəsində qalib şəxs Şahin Sərdar oğlu Quliyev olub.

Satınalma müqaviləsinin ümumi dəyəri 694 400 manat təşkil edir.

Seçilən
172
7
banker.az

8Mənbələr