Bakı. Trend:
Hindistanın Sahil Mühafizə Xidməti qanunsuz neft qaçaqmalçılığışübhəsi ilə 3 tankeri saxlayıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə xidmət rəsmisi “X” səhifəsindəməlumat yayılıb.
“Fevralın 6-da Hindistanın Sahil Mühafizə Xidməti öncədənhərtərəfli planlaşdırılmış dəniz və hava əməliyyatının gedişindəbeynəlxalq neft qaçaqmalçıları şəbəkəsinin fəaliyyətinin qarşısınıalıb”,- məlumatda qeyd olunur.
Məlumata görə, gəmilər Mumbay şəhərində 100 dəniz mili qərbdəsaxlanılıb.
Gəmilərdə aparılan axtarış, elektron cihazlardakı məlumatlar vəheyət üzvlərinin dindirilməsi təşkilatçıların qlobal şəbəkəsininqanunsuz sxemini ifşa etməyə kömək edib.