Rusiya bazar ertəsi gecəsi Odesaya dronlarla hücum edib.
Herbiand.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak bildirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində bir nəfər həlak olub, yaşayış binalarına və qaz boru kəmərinə ziyan dəyib.
Lısak özünün Telegram kanalında yazıb: "Xüsusilə, çoxmərtəbəli binanın damında yanğın baş verib, qaz boru kəməri zədələnib, həmçinin avtomobillərdə və qeyri-yaşayış binasında yanğınlar qeydə alınıb".
Regional dövlət administrasiyasının rəhbəri Oleq Kiper də Telegram kanalında yaşayış infrastrukturuna dəyən ziyan barədə məlumat verib. O, kütləvi hücumun təkcə şəhərə deyil, həm də bütün bölgəyə təsir etdiyini bildirib.