AZ

Körpələr KÜTLƏVİ ZƏHƏRLƏNDİ: Bu ölkədə...

Ajans.az RTL televiziya kanalına istinadən xəbər verir ki, şirkət mümkün toksiklik səbəbindən məhsulların genişmiqyaslı geri çağırılmasına başlayıb. Valideynlərin sözlərinə görə, körpələr qarışığı qəbul etdikdən sonra qusma, ishal, qarın ağrısı və halsızlıq kimi simptomlar göstəriblər. Bəzi hallarda tibbi müdaxilə tələb olunub, bir neçə körpə isə xəstəxanaya yerləşdirilib. Nutrilon məhsullarının istehsalçısı olan Danone Hollandiyada körpə qarışığı və digər məhsullar da daxil olmaqla 14 növ məhsulun geri çağırıldığını elan edib. Geri çağırılma ümumilikdə 44 partiyanı əhatə edir. Qeyd olunur ki, bu qərar Bacillus cereus bakteriyası tərəfindən istehsal olunan serulid toksininin mümkün yüksək səviyyələri ilə əlaqədardır. Eyni zamanda, uşaqların xəstələnməsi ilə məhsulun istehlakı arasında birbaşa əlaqənin hələlik müəyyən edilmədiyi vurğulanır. Danone-un açıqlamasına görə, geri çağırılma Hollandiya Qida və İstehlak Məhsulları Təhlükəsizliyi Təşkilatı (NVWA) ilə məsləhətləşmələr çərçivəsində ehtiyat tədbiri kimi həyata keçirilir. NVWA mütəxəssisləri bildiriblər ki, serulid toksini ilə təmas ürəkbulanma, güclü qusma və ishala səbəb ola bilər. Yeni doğulmuş körpələrdə isə susuzlaşma riski xüsusilə yüksəkdir. Qeyd olunur ki, toksin istiliyə davamlıdır və qarışıq qaynar su ilə hazırlandıqda belə təsirini saxlaya bilər.

Mütəxəssislər məhsulun çirklənməsinin körpə qarışığının istehsalında istifadə olunan tərkib hissələrindən biri — araxidon turşusu yağı ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Seçilən
22
Ajans.az

1Mənbələr