AZ

İran məhkəməsi Nərgiz Məhəmmədiyə hökm oxudu: 7,5 il həbs, 2 il sürgün

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Məşhəd İnqilab Məhkəməsi İranda tanınmış hüquq müdafiəçisi və jurnalist, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi barəsində qəra verib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.

Məhkəmə Nərgiz Məhəmmədini 7,5 il azadlıqdan məhrum edib və 2 illik sürgün cəzası verib. O, Cənubi Xorasanın Xosf şəhərində 2 illik sürgün həyatı keçirəcək və 2 il ölkədən çıxa bilməyəvək.

Nərgiz Nərgiz Məhəmmədinin həyat oldaşı Tağı Rəhmani hökmü "amansız" adlandıraraq, məhkəmənin sadəcə dəfn mərasiminə qatıldığına və çıxış etdiyinə görə belə sərt bir cəza təyin etdiyini vurğulayıb.

Qeyd edək ki, 53 yaşlı Nərgiz Məhəmmədi bir həftəlik aclıq aksiyası keçirib və bu aksiya bazar günü başa çatıb. O, həbsxanadan vəkili Mostafa Nilininə zəng edərək şənbə günü hökmü aldığını bildirib. Məhəmmədi hazırda İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində saxlanılır.

Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" təşkilatının "Cəsarət Mükafatı” verilib. 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb, bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranda məhbus jurnalistlər - Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır. O, 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
qaynarinfo.az

1Mənbələr