Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Lakin təəssüf ki, Ukrayna bunu bacarmadı”
“Xarici təzyiqə baxmayaraq, Gürcüstan sülhü qoruya bildi. Lakin təəssüf ki, Ukrayna bunu bacarmadı”. AYNA.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Post TV” televiziya kanalına verdiyi müsahibədə deyib.
"Biz müəyyən ölkələrin təzyiqə tab gətirə bilməməsi ilə başlayan prosesləri gördük. Mən Ukraynanı nəzərdə tuturam. Ukraynada hər şey inqilabla başladı və onu təşkil edən qüvvələr baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürə bilmədilər. Biz öz maraqlarımızı qoruya bildik və nəticədə ölkəmizdə sülhü qoruyuruq", - deyə Kobaxidze bildirib.
Gürcüstan hökuməti başçısının qeyd edib ki, hazırkı Gürcüstan hökuməti ölkənin müasir tarixində fasiləsiz dinc inkişafı təmin edə bilən yeganə hökumətdir: "Bu, dəyərləndirməli olduğumuz və gələcəkdə bunu təmin etmək üçün əlimizdən gələni etməli olduğumuz böyük bir nailiyyətdir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.