"İqtisadi dividentlər birbaşa gəlir gətirmir. Xüsusi ilə də müharibə şəraitində olan və geosiyasi gərginliyin olduğu bir ərazidə hər iqtisadi fürsət birbaşa dividentlərə çevrilmir. İqtisadi yöndən mövzunu müzakirə etməyimiz üçün ilk növbədə etibarlıq tərəfdaşlıq olmalı, real sülh şəraitində olmalıyıq".
Bunları Newscenter.az-a iqtisadçı ekspert Günay Hüseynova Ermənistanla iqtisadi əlaqələrin bərpasının Azərbaycana hansı iqtisadi dividentləri gətirəcəyi ilə bağlı sualı cavablandırarkən səsləndirib. O deyib ki, dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi xərclərə sərf olunur:
"İqtisadi avantajlar əlverişli olarsa, bu xərclər də aşağı salınar və həmin vəsait digər sosial iqtisadi xərclərə yönələr. Bundan əlavə məlumdur ki, Azərbaycan enerji ixracatçısıdır. Hasilatın artırılması valyuta ehtiyatlarının artmasına təsir göstərəcək.
Digər əsas məsələ logistika nəqliyyat sahəsinin inkişafı, həmçinin gəlirliliyi ilə əlaqədardır. Bu da təbii ki, yeni iş yerlərinin açılması, turizmin inkişafı və bir çox iqtisadi inkişafa nail olmağa imkan verəcək".
Süleyman