AZ

Şəmkirdə bıçaqlanan yeniyetmənin DURUMU AÇIQLANDI

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb. Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir.

Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan 3 nəfər kişi Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“08.02.2026-cı il tarixində saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Əsmətxanəm Rzazadə


Telegram kanalımız
Seçilən
131
yenisabah.az

1Mənbələr