AZ

Azərbaycanda İİV niyə regionun ən aşağı səviyyəsində qalır? – Mütəxəssisdən açıqlama (FOTO)

Bakı. Trend:

İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günəqədər infeksiyanın yayılma sürəti regionda ən aşağı səviyyələrdənbiri olaraq qalır. Müasir antiretrovirus müalicə proqramları, erkəndiaqnostika, PrEP/PEP kimi qabaqlayıcı tədbirlər və genişmaarifləndirmə işləri sayəsində minlərlə insan nəzarət altındasaxlanılır və yoluxma riski minimuma endirilir.

Trend xəbərverir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə MərkəzininMonitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva İİV-innə olduğu, əsas yoluxma yolları, qorunma üsulları, anadan uşağaötürülmənin qarşısının alınması, tibbi təhlükəsizlik və stiqmanınaradan qaldırılması kimi vacib məsələlərə aydınlıq gətirib.

– Günel xanım, ilk olaraq oxucularımız üçün məlumat verərdiz ki,İİV/QİÇS nədir və yoluxmanın əsas mənbələri hansılardır?

– İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmindəimmun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicəedilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafınagətirib çıxaran xroniki infeksion xəstəlikdir. İİV viruslarınınyoluxması nəticəsində yaranan kliniki vəziyyət uzunmüddətli gedişəvə ilkin mərhələlərdə heç bir kliniki simptomatika müşahidəolunmaya bilər.
Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) – İİV-infeksiyasınınterminal mərhələsini təşkil edir. Bu mərhələdə immun sistemininəsas hüceyrələri olan CD4-limfositlərin səviyyəsi kəskin şəkildəazalır. Nəticədə, orqanizmdə çoxsaylı opportunistik infeksiyalarvərəm, pnevmoniyalar, göbələk mənşəli xəstəliklər və s.) vəqeyri-infeksion patologiyalar (bədxassəli şişlər, mərkəzi sinirsisteminin zədələnməsi və s.) meydana çıxır.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə törədilən xəstəliyinəsas mənbəyi, xəstəliyin istənilən mərhələsində virusla yaşayaninsandır. Yoluxduruculuq xüsusilə virusun orqanizmdə yüksəkkonsentrasiyada olduğu dövrlərdə – yəni infeksiyanın erkən (ilkinklinik əlamətlərin göründüyü) və gecikmiş mərhələlərində dahayüksək olur. İİV insan orqanizmində müxtəlif immun və qeyri-immunhüceyrələrdə lokalizasiya olunur. Virus bu hüceyrələrə daxilolduqdan sonra onların genetik materialına inteqrasiya edərəklatent (gizli) vəziyyətdə uzun müddət fəaliyyət göstərə bilər. Bumərhələdə yoluxmuş şəxslərdə klinik əlamətlər müşahidə olunmayabilər, lakin onlar virusun aktiv daşıyıcısı olaraq başqalarınıyoluxdurma potensialına sahib olurlar. Bu xüsusiyyət, İİV-inyayılmasının qarşısının alınmasında profilaktik tədbirlərin vəmüntəzəm skrininq proqramlarının əhəmiyyətini bir daha vurğulayır.Məhz bu səbəbdən İİV/QİÇS-lə mübarizənin əsas məqsədlərindən biri –yoluxmanın qarşısının alınması, erkən diaqnostika və profilaktiktədbirlərin genişləndirilməsidir. Erkən aşkarlama və müalicəyə cəlbolunma həm şəxsin sağlamlığını qoruyur, həm də cəmiyyət daxilindəinfeksiyanın yayılma riskini azaldır.

– Azərbaycanda İİV/QİÇS-in epidemioloji vəziyyətini necədəyərləndirərdiniz?

– İlk öncə qeyd etmək istərdim ki, Azərbaycanda ilk İİV-əyoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən2025-ci ilin ikinci rübünün sonunadək, 11058 nəfər Azərbaycanvətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindərəsmi qeydiyyatdadır. Onlardan 70%-i kişilər, 30%-i isəqadınlardır. Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmayayüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasındaməqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlifistiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki,Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olanölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olanölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşımübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və busahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemlişəkildə həyata keçirilir.
Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicəproqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxsdaimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiqedilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısınıalmaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki,müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyənolunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdənbaşqalarına ötürülmə riski minimuma enir.

– İİV-infeksiyasından qorunmaq üçün hansı profilaktik tədbirlərdaha vacibdir?

– Profilaktika həm fərdi, həm də ictimai səhiyyə baxımındanolduqca mühümdür. Əsas istiqamətlərdən biri təhlükəsizdavranışların təşviqidir. Qoruyucu vasitələrdən, düzgün və davamlıistifadə, riskli davranışlardan çəkinmək və sağlam həyat tərzinəriayət İİV-dən qorunmanın ən effektiv üsullarındandır.
Gənclər və yeniyetmələr arasında maarifləndirmə proqramlarınıngücləndirilməsi, onlar arsında İİV/QİÇS barədə məlumatlılığınartırılması İİV-ə yoluxma riskinin azaldılmasında mühüm roloynayır. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə MübarizəMərkəzi tərəfindən hər təhsil ili ərzində Bakı və regionlardatəşkil olunmaqla, 100-dən artıq orta, orta ixtisas və ali təhsilmüəssisələrində müəllim-şagird heyəti üçün təlimlər təşkil olunur,maarifləndirici buklet, çap vəsaitləri paylanılır. Həmçinin gənclərarasında keçirilən tədbirlərdə müayinə aksiyaları da təşkilolunur.

– Tibbi prosedurlar zamanı yoluxmanın qarşısı necə alınır?

– İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilətibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steriltibbi avadanlıqlardan istifadə tövsiyə olunur.
Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji və s.tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyattədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə, SəhiyyəNazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədəfəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibbişçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin, RQMMtərəfindən “Tibb müəssisələrində İİV infeksiyasınınprofilaktikasına aid universal təhlükəsizlik qaydaları” çapolunaraq, tibb işçiləri arasında paylanılıb.
Həmçinin, gözəllik salonları, tatuaj və pirsinq xidmətləri göstərənməkanlarda gigiyena normalarına ciddi şəkildə əməl olunması İİV-inötürülməsinin qarşısını almağa yönəlmiş profilaktik tədbirlərdənhesab olunur.

– İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması üçünhansı tədbirlər görülür?

– İİV-ə yoluxma yollarından biri də anadan uşağa ötürülmə yoluolduğu üçün, hamilə qadınların İİV-ə müayinə olunmaları mütləqdir.İİV-pozitiv qadınlar dərhal antiretrovirus müalicəyə cəlb olunmalı,müalicəyə yüksək sadiqlik göstərməlidirlər. Həmçinin doğuş zamanıkeysəriyyə əməliyyatına üstünlük verilməsi tövsiyə olunur. Anadanuşağa ötürülmənin profilaktikasına həmçinin yenidoğulmuşlarınprofilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsininqarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindənyenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və SəhiyyəNazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təminolunur. Artıq uzun illərdir ölkədə uğurlu şəkildə anadan uşağaötürülmənin profilaktikası həyata keçirilir.

– Könüllü müayinə və məsləhət xidmətləri necə təşkil olunur?

– İİV-ə qarşı həyata keçirilən profilaktik tədbirlər yalnız riskqrupları arasında deyil, həmçinin ümumi əhali arasında da İİV-ləbağlı məlumatlılığın yüksəlməsinə, İİV-ə testləşmənin əhatədairəsinin genişlənməsinə, İİV-ə yoluxmuş şəxslərin erkən mərhələdəaşkarlanmasına və müalicə proqramına cəlb olunmasına xidmət edir.İİV-ə görə müayinələr üçün müntəzəm yoxlanışlar, xüsusilə riskqruplarında olan şəxslər üçün tövsiyə olunur. Risk qruplarıarasında İİV-ə testləşmənin əlçatanlığının artırılması məqsədiləSəhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindənstasionar və mobil könüllü müayinə məntəqələrində İİV-ətestləşmələr həyata keçirilir.

– PrEP və PEP proqramları barədə nə deyə bilərsiniz?

– İİV-ə yoluxmanın qarşısını alınması məqsədilə ölkədə PrEP(Təmasdan öncə profilaktika) və PEP (Təmasdan sonra Profilaktika)proqramları icra olunur.
PrEP (Təmasdan öncə profilaktika) — İİV-ə yoluxma riski yüksəkolan, lakin virusla yoluxmamış şəxslər üçün nəzərdə tutulmuşqabaqlayıcı profilaktik yanaşmadır. Bu yanaşma, yoluxma riskidaşıyan əhali qruplarında tətbiq edilməklə həm fərdi sağlamlığınqorunmasına, həm də virusun yayılmasının məhdudlaşdırılmasına töhfəverir.
PEP (Təmasdan Sonra Profilaktika) - İİV-lə təmasdan sonra virusunorqanizmdə inkişafının qarşısını alınması məqsədilə tətbiq olunantəcili tibbi profilaktik tədbirdir. Bu yanaşma, virusla mümküntəmasdan sonra 72 saat ərzində başlanmalı və 28 gün ərzində davametdirilməlidir.
Bu tədbirlərin kompleks şəkildə tətbiqi İİV infeksiyasının yayılmasürətini azaltmaqla yanaşı, İİV-lə yaşayan insanların həyatkeyfiyyətinin yaxşılaşdırılmasına da töhfə verir. Profilaktikasahəsində milli strategiyaların gücləndirilməsi və beynəlxalqtəcrübədən yararlanma müasir səhiyyə siyasətinin vacibistiqamətlərindəndir.

– Maarifləndirmə və ictimai məlumatlandırma sahəsində hansıişlər görülür?

– İİV/QİÇS-lə mübarizənin əsas istiqaməti əhalinin İİVinfeksiyası, yoluxma yolları və qorunma tədbirləri barədəbiliklərinin artırılması üçün maariflənməsidir. Bu istiqamətxüsusilə Səhiyyə Nazirliyi RQMM-in İİV/QİÇS-lə mübarizədə əsasfəaliyyət sahəsini təşkil edir. Səhiyyə Nazirliyi RQMM-in təlimkomandası tərəfindən ümumi əhali, şagird və tələbə heyəti arasında,həmçinin risk qrupları və tibb işçiləri arasında silsilə təlimlərkeçirilir, müayinə aksiyaları təşkil olunur, əhali arasındamaarifləndirici bukletlər paylanılır. Həmçinin, media və sosialplatformalar vasitəsilə davamlı maarifləndirmə işi aparılır.
Stiqma və diskriminasiyanın aradan qaldırılması da profilaktikanınmühüm hissəsidir. Bu məqsədlə Mərkəzin psixoloqları tərəfindən həmqeydiyyatda olan pasiyentlər və onların ailə üzvləri, həm də ümumiəhali arasında davamlı maarifləndirici işlər aparılır, psixolojikonsultasiyalar icra olunur.

Azərbaycanda
Seçilən
97
6
az.trend.az

4Mənbələr