Olaylar.az xəbər verir ki, bu barədə o, "İmedi həftəsi" proqramında danışıb.
Prezidentin sözlərinə görə, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanın daxili siyasi proseslərinə kobud şəkildə müdaxilə edib və bu, ikitərəfli münasibətlərə ciddi zərər vurub. Kavelaşvili qeyd edib ki, həmin dövrdə USAID, NED və Soros Fondu kimi qurumlar Gürcüstan hakimiyyətinə və dövlətinə açıq şəkildə qarşı fəaliyyət göstəriblər.
O vurğulayıb ki, əvvəlki administrasiyadan qalan mənfi irsin aradan qaldırılması zaman tələb edir və yalnız bundan sonra ABŞ ilə münasibətləri "təmiz səhifədən" başlamaq mümkün olacaq. Prezident əlavə edib ki, Gürcüstan bu prosesdə açıq və prinsipial mövqe sərgiləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31