AZ

Bu sürücü nə etdiyini özü də bilmir: Yolun ortasında saxlayıb... VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-HG-762 qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomobilin sürücüsü hərəkət etdiyi zaman anidən yolun ortasında, piyada keçidinin üzərində, həmçinin kəsişmə yerində dayanaraq sərnişin düşürüb. Bu zaman arxadan gələn avtomobillərin yolunu kəsərək hərəkəti məhdudlaşdırıb. Videodan aydın şəkildə görünür ki, 2 metr irəlidən başlayaraq yolun kənarında dayanıb rahat sərnişin düşürməyə kifayət qədər boş yerlər var.

Burada sərnişinin də qayda pozması ayrıca bir məsuliyyətdir. Qanunvericilikdə qeyd olunub ki, sərnişinlər avtomobilə minib-düşməyi yalnız səki olan hissədən həyata keçirə bilərlər. Sol tərəfdən bunu etmək qadağandır.

Fərid

Oxunub 286

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
146
avtosfer.az

1Mənbələr