AZ

Mariya Maçadonun yaxın tərəfdaşı oğurlanıb

AzVision.az bildirir ki, “Associated Press (AP)” agentliyinin məlumatına görə, insident hökumətin siyasi təzyiqləri azaltmaq səyləri çərçivəsində siyasətçinin həbsdən rəsmən azad edilməsindən qısa müddət sonra baş verib.

Xanım Maçadonun sözlərinə görə, müxalifətçinin oğurlanması paytaxt Karakasın yaşayış massivində gecə yarısı olub. Koordinasiyalı və aqressiv şəkildə davranan şəxslər müxalifətçinin hərəkətini bloklamaq üçün xüsusi maşınlardan istifadə ediblər.

“Mülki geyimli ağır silahlı şəxslər 4 maşınla gəlib onu vəhşicəsinə aparıblar. Biz onun dərhal azad olunmasını tələb edirik”, - Mariya Maçado “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Xuan Pablo Quanipa, beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli sayılanuzunmüddətli həbslərdən sonra hökumətin fevralın 8-də azad etdiyi bir neçə tanınmış müxalifət xadimlərindən biri idi.

Bəzi analitiklərin fikrincə, siyasətçinin azadlığa buraxılmasından dərhal sonra qəfil yoxa çıxması rejimin real demokratikləşmə və azad edilmiş məhbusların təhlükəsizliyi ilə bağlı niyyətlərinin səmimiliyini şübhə altına alır.

Quanipanın taleyi naməlum olaraq qalır və Karakas rəsmiləri gecə yaşanan insidentlə bağlı heç bir şərh verməyiblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
87
azvision.az

1Mənbələr