Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Tunisin eyniadlı paytaxtında keçirilən "WTT Youth Star Contender Tunis 2026" beynəlxalq turnirini iki mükafatla başa vurub.
Fanat.Az xəbər verir ki, məlumatı Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.
U-15 yaş qrupunda mübarizə aparan idmançı fərdi yarışda bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Milli üzvü həlledici qarşılaşmada ispaniyalı Ladimir Mayorova uduzaraq gümüş medala sahib çıxıb.
O.Quluzadə daha əvvəl eyni turnirin qoşa yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Bununla da o, ilin ilk sınağında hesabına bir qızıl və bir gümüş mükafat yazdırıb.