AZ

Ötən il Azərbaycan 146 milyon dollarlıq mebel idxal edib

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana 145 milyon 885 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü illə müqayisədə 18 milyon 523 min dollar və ya 11,3% azalıb.

2024-cü ildə ölkəyə 164 milyon 408 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ötən il bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.60% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
banco.az

2Mənbələr