Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qazaxıstanda dini nikah mərasimi zamanı qeyri-adi və müzakirələrə səbəb olan hadisə baş verib. Sosial şəbəkələrdə yayılan videoda nikah zamanı tərəflər arasında yaranan anlaşılmazlıq diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, kəbi zamanı molla gəlinə mehir olaraq nə istədiyini soruşub. Gəlin isə cavabında “Changan” markalı avtomobil istədiyini bildirib. Bu tələb mərasimdə iştirak edənlər üçün də gözlənilməz olub.
Videogörüntülərə əsasən, bəy gəlinə başqa bir mehir seçməsini təklif etsə də, gəlin qərarından geri çəkilməyib. Nəticədə tərəflər arasında razılıq əldə olunmayıb və bəy nikah mərasimini yarımçıq qoyaraq məkanı tərk edib.
Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər arasında böyük maraq doğurub. Videoya çoxsaylı şərhlər yazılıb, istifadəçilər arasında müxtəlif fikirlər səsləndirilib. Bəzi izləyicilər baş verənlərin real olduğunu düşünsə də, digərləri videonun əvvəlcədən qurulmuş səhnə olduğunu iddia ediblər.
Eltac
Oxunub 356
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.