AZ

SENSASİYA: Rusiya elitası Putinə əvəz axtarır

Rusiya elitası daxilində Vladimir Putinə alternativ axtarışına dair davamlı bir tələbat formalaşıb.

Bunu iqtisadçı Aleksandra Prokopenko Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə verdiyi müsahibədə bildirib.

Ekspert müharibənin başlanmasından təxminən dörd il sonra hakim dairələrin vəziyyətini təhlil edib. Onun sözlərinə görə, Ukraynaya müdaxilə dönüş nöqtəsi olub: “Əgər əvvəllər idarəedici elita Putini rasional, hərçənd yaşlanan bir avtokrat qismində görürdüsə, indi bu təsəvvür dağılıb. Bir çoxları onun getməsini istəyir. Dəyişiklik tələbi təkcə müharibə əleyhdarları arasında deyil, həm də prezidenti cəbhədə “yumşaqlıqda” günahlandıran müharibə tərəfdarı olan çevrələrdə, o cümlədən hərbi bloqerlər arasında da müşahidə olunur”.

Prokopenkoya görə, 2023-cü ildə Yevgeni Priqojinin qiyamı gözləntilərin simvolu sayıla bilər”. “Bəzi məmurlar bunu qorxu ilə deyil, ümidlə qarşıladılar. Qorxu içində iflic olmuş və müstəqilliyini itirmiş elita vəziyyəti “radikal şəkildə dəyişə biləcək” xarici bir gücü gözləyir. Qorxu sistemin əsas amilinə çevrilib: əvvəlki xidmətlər və sədaqət artıq təhlükəsizliyə zəmanət vermir”, – deyə təhlilçi vurğulayıb.

Prokopenkonun qiymətləndirməsinə görə, Kreml təhrif olunmuş informasiya mühitində qapanıb, “Prezidentə reallıq deyil, bəzədilmiş bir mənzərə təqdim olunur, halbuki iqtisadiyyat durğunluq yaşayır, neft gəlirləri azalır və resurslar tükənir”, – iqtisadçı əlavə edib.

Musavat.com

Seçilən
26
2
editor.az

3Mənbələr