AZ

Vens bu axşam İrəvanda Paşinyanla görüşəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Aznews.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətindən bildirilib.

Daha sonra onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Vens bu gün Ermənistana gedəcək, onu həyat yoldaşı Uşi Vens müşayiət edəcək.

Daha əvvəl onun fevralın 9-10-da Ermənistana, bu ayın 10-11-i tarixlərində isə Azərbaycana səfər edəcəyi barədə məlumat verilmişdi.

Seçilən
55
1
aznews.az

2Mənbələr