AZ

Rusiya Odessaya zərbələr endirib | ölən var

AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Qara dənizdən Odessa vilayətinə çoxlu sayda pilotsuz təyyarələrin yaxınlaşması səbəbindən təxminnə gecə yarısı hava hücumu xəbərdarlığı edilib.

Tezliklə vilayət mərkəzində güclü partlayışlar və atəş səsləri eşidilib. Monitorinq kanalları şəhərin müxtəlif yerlərində “Şahed” PUA-larının müşahidə edildiyini, yaşayış binalarının üzərindən pilotsuz təyyarələrin uçuşunun eşidildiyini bildirib.

Daha sonra Odessa şəhər administrasiyasının rəhbəri Sergey Lısak növbəti hücum nəticəsində yaşayış binaların və kommunal xidmətlərin zədələndiyini, qurbanların olduğunu açıqlayıb.

“O cümlədən, çoxmərtəbəli binanın damında yanğın baş verib, qaz xətti zədələnib, minik avtomobillərində və qeyri-yaşayış binasında da yanğınlar qeydə alınıb. Ölüm faktı var. Konkret olaraq, yenilənmiş məlumata görə, 35 yaşlı kişi ölüb, 2 nəfər, o cümlədən 19 yaşlı qadın yaralanıb”,- Sergey Lısak deyib.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin regional qərargahından verilən məlumata əsasən, 24 mərtəbəli yaşayış binasının dam örtüyünə, fitnes klubuna, yaxınlıqdakı tikililərin pəncərə şüşələrinə ziyan dəyib. Digər ünvanda yerləşən üçmərtəbəli yaşayış binasına da ziyan dəydiyi bildirilir.

Hadisə şahidləri sosial şəbəkələrdə hücumun xüsusilə Srednefontanskaya küçəsindəki çoxmərtəbəli “Divo-Misto” yaşayış kompleksində baş verdiyini yazıblar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
103
47
azvision.az

10Mənbələr