AZ

ABŞ bölgəyə böyük hərbi yığınaq toplamaqla, İranı masaya oturtmağa və şərtlərini qəbul etdirməyə çalışır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın İrandakı Virtual Səfirliyi cümə günü səhər tezdən təhlükəsizlik xəbərdarlığı yayımlayaraq Amerika vətəndaşlarını "İranı indi tərk etməyə" və ABŞ hökumətinin köməyinə əsaslanmayan gediş planları qurmamağa çağırıb. 5 fevral 2026-cı il tarixli xəbərdarlıqda səfirlik İranda təhlükəsizlik tədbirlərinin artırılması, yolların bağlanması, ictimai nəqliyyatın pozulması və geniş yayılmış internet bloklanması barədə xəbərdarlıq etdi. Hakimiyyət orqanları mobil, stasionar və milli internet şəbəkələrinə çıxışı məhdudlaşdırmağa davam edir, aviaşirkətlər isə ölkəyə və ölkəyə uçuşları məhdudlaşdırıb və ya ləğv edib. ABŞ vətəndaşlarına İrandan Ermənistana və ya Türkiyəyə quru yolu ilə getməyi düşünmək tövsiyə edilib. Gedə bilməyənlərə təhlükəsiz bir yer tapmaları, qida, su və dərman ehtiyatı toplamaları, nümayişlərdən çəkinmələri, diqqətsiz qalmaları və ətraflarına diqqətli olmaları deyilib. Səfirlik həmçinin amerikalıları yerli medianı izləməyə, telefonları doldurulmuş saxlamağa, ailə və dostları ilə əlaqə saxlamağa və yeniləmələr üçün Ağıllı Səyahətçi Qeydiyyat Proqramına (STEP) qeydiyyatdan keçməyə çağırıb.ABŞ öz vətəndaşlarına niyə "dərhal" müraciət edir?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının İranda olan vətəndaşlarına müraciəti diqqət çəkən bir məqamdır: “Adətən hansısa bölgədə, yaxud ölkədə vəziyyət gərgin olanda Amerika Birləşmiş Ştatları, o cümlədən digər ölkələrin də praktikasında bu hallara rast gəlinir ki, onlar öz vətəndaşlarına konkret ölkələrə səfər etməməyi, yaxud ordadırlarsa ölkəni tərk etməyi və ya olduqları yerdən kənara çıxmamaqla bağlı çağırışlar edirlər. Hazırda İranda olan iki vətəndaşlığa malik olan şəxslərə edilən bu müraciət ABŞ ilə İran arasında vəziyyətin gərgin olduğu bir dönəmə təsadüf edir”.

Oqtay Qasımov

“Hərbi eskalasiya riski ciddi şəkildə qalmaqdadır. Doğrudur, ötən gün Omanın paytaxtında ABŞ və İran nümayəndələri danışıqlar aparır. Amma danışıqlar öncəsi də səslənən bəyanatlara diqqət etdiyimizdə, görünən odur ki, müzakirələr nə qədər konstruktiv keçsə belə, tam şəkildə tammiqyaslı razılaşmanın əldə olunması imkansızdır. Belə ki, İran bu görüşdə yalnız və yalnız nüvə proqramı və sanksiyaların qaldırılması ilə bağlı məsələləri müzakirə edəcəyini açıqlayıb. Amerika Birləşmiş Ştatlarının isə İran danışıqlarla bağlı tələbləri fərqlidir. Bu tələblər sırasında İranın nüvə proqramının dayandırılması, ballistik raket istehsalının və onların uçuş məsafəsinin məhdudlaşdırılması, eyni zamanda İranın regiondakı proksi qüvvələrə dəstəyinin durdurulması kimi tələblər yer almaqdadır. Bu baxımdan bu çağırışlar anlaşılandır və burada iki məqsədlə edilə bilər. Amerika Birləşmiş Ştatları bölgəyə böyük hərbi yığınaq toplamaqla, İrana təzyiq edərək onu masaya oturtmağa və şərtlərini qəbul etdirməyə çalışır. Məhz bu çağırış həm də İran tərəfindən bir təzyiq elementi kimi də dəyərləndirilə bilər. Yəni burada psixoloji, həm də təzyiq elementi var. Yəni bununla deyilir ki, “danışıqlar normal məcrada keçməsə, razılaşma əldə olunmasa, o zaman hərbi eskalasiya, hərbi zərbələrin endirilməsi gündəmdə ola bilər”-deyə Oqtay Qasımov qeyd edib.

Politoloq bildirib ki, bu baxımdan burada hər iki ehtimal qəbul oluna bilər: “Həm bir psixoloji təzyiq vasitəsi kimi, eyni zamanda hərbi qarşıdurmanın olması ehtimalının yüksək olması ilə əlaqələndirilə bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr