Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğuSeçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevskinin başçılıq etdiyinümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan Ağdam Sənaye Parkına səfər edib.
Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafıAgentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumat verilib ki, indiyədək Ağdam Sənaye Parkında 32 biznessubyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusuverilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi işyeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olanəhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisəfəaliyyət göstərir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun 62,3milyon manatlıq hissəsi ixrac olub.
BVF-in nümayəndələri Ağdam Sənaye Parkının rezidentlərindən olan“Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin işprosesi ilə tanış olublar.