AZ

Enrikedən oyunçularına yumoristik müraciət

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 21-ci turunda "Marsel" üzərində qələbədən (5:0) sonra oyunçularına yumoristik bir şəkildə müraciət edib.

QOL.az-ın "Footmercato"ya istinadən məlumatına görə, mütəxəssis oyunçularına istirahət verməyəcəyini bildirib:

"Heç kim bayram, istirahət etmir! Məşq sabahdır. İstəsəniz gələ bilərsiniz".

Qeyd edək ki, PSJ Fransa çempionatında 21 oyundan sonra 51 xalla liderdir. Paytaxt təmsilçisi növbəti turda fevralın 13-də "Renn"in qonağı olacaq.

Seçilən
143
1
teleqraf.com

2Mənbələr