AZ

13 ildə bahaşan ərzaq səbətimiz -

Son 13 ildə Azərbaycanda gündəlik istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım müşahidə olunub.Metbuat.az xəbər verir ki, bu barədə Kredit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2013-cü illə müqayisədə 2026-cı ildə demək olar ki, bütün məhsul qruplarında qiymətlər ən azı iki dəfə, bəzi kateqoriyalarda isə bir neçə dəfə yüksəlib. Ət məhsulları üzrə qiymət artımı nisbətən stabil qalsa da, bahalaşma diqqət çəkir. Toyuq əti 2013-cü ildə 2,75–2,99 manat olduğu halda, 2026-cı ildə 6,39–6,95 manata yüksəlib. Toyuq sinəsinin qiyməti eyni dövrdə 3,59–3,65 manatdan 8,79 manata qalxıb. Quzu əti 8,59 manatdan 20,48 manata, dana əti isə 10,40 manatdan 21,48 manata çatıb.Süd və süd məhsulları bazarında qiymət artımı daha sürətli olub. Südün bir litri 2013-cü ildə 1,05–1,15 manat olduğu halda, 2026-cı ildə 2,60–2,80 manat aralığında satılır. Xamanın qiyməti 1,50–2 manat səviyyəsindən 3,80–5,89 manata yüksəlib. Ən kəskin artım kərə yağında qeydə alınıb – 4,70–6,15 manat olan qiymət 23,40–25 manatadək yüksəlib.Əsas ərzaq məhsullarından olan un, makaron və düyü üzrə də bahalaşma müşahidə olunur. Unun 2 kiloqramı 1,50–1,70 manatdan 3–3,65 manata qalxıb. Makaronun qiyməti 0,70–0,82 manatdan 1,40–1,95 manata yüksəlib. Uzun düyü 3,20–3,45 manatdan 8,89–10,15 manata, yumru düyü isə 1,20 manatdan 2,85 manata çatıb.İdxaldan daha çox asılı olan məhsullarda qiymət artımı daha kəskin olub. Zeytunun bir kiloqramı 2013-cü ildə 3,20 manat olduğu halda, 2026-cı ildə 20,80–27,35 manat aralığında satılır. Noxudun qiyməti 0,99 manatdan 4–5,69 manata, mərcinin qiyməti isə 0,89 manatdan 2,50–3,89 manata yüksəlib. Çayın 500 qramı 4,10–4,30 manatdan 11–13,60 manata qalxıb.Şirniyyat və içkilər üzrə də qiymət artımı qeydə alınıb. Kəllə qənd 1,10 manatdan 2,40–2,70 manata, 2 litrlik kola və fanta isə 0,81 manatdan 2,20 manata yüksəlib. Günəbaxan yağının bir litri 2,40 manatdan 4,99 manata çatıb.

Ümumiyyətlə, 2013–2026-cı illər arasında ərzaq məhsullarında müşahidə olunan bahalaşma inflyasiya, istehsal xərclərinin artması, idxal asılılığı və qlobal bazarlardakı qiymət dəyişiklikləri ilə bağlıdır. Mövcud dinamika ailə büdcələrində ərzaq xərclərinin payının artdığını və istehlak strukturunun dəyişdiyini göstərir.

Seçilən
92
metbuat.az

1Mənbələr