AZ

Taksidə gedişhaqqı bahalaşdı 10 faizlik artım

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bu gündən “Bolt” taksi şirkəti gedişhaqqını 10 faiz bahalaşdırıb.

Globalinfo.az azpolitika.info-ya istinadən bildirir ki, bu barədə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər.

Bildiriblər ki, iki gündür şirkətdən onlara gedişhaqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. “Bolt” taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gedişhaqqının artırılması daha sərfəlidir.

“Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gedişhaqqı 2,50 AZN-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
1
globalinfo.az

2Mənbələr