AZ

Nəriman ABŞ klubunun düşərgəsinə nə vaxt qoşulacaq?

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəriman ABŞ klubunun düşərgəsinə nə vaxt qoşulacaq?

"Qarabağ" yaxın zamanlarda futbolçusu Nəriman Axundzadənin ABŞ-da - MLS təmsilçisi “Kolambus Kru” klubuna keçəcəyini rəsmən açıqlayacaq. Açıqlama yaxın 1-2 gündə elan oluna bilər.

QOL.az saytının əldə etdiyi xəbərə görə, tərəflər arasında  danışıqlarda bütün detallar razılaşdırılıb. İndi yalnız keçidin rəsmən elan edilməsi və müqavilənin imzalanması qalır.

Bəs, Nəriman yeni klubuna nə vaxt qoşulacaq? 

Saytımıza daxil olan məlumata görə, hazırda futbolçu ABŞ-a getmək üçün işçi vizasının həlli məsələsi ilə məşğuldur. Bu proses bir neçə gün çəkə bilər. 

Qeyd edək ki, MLS-də yeni mövsüm fevralın 21-də start götürür. O vaxta qədər Nərimanın yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, ABŞ təmsilçisi bu transferə görə “Qarabağ”a təminat ödəyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
50
qol.az

10Mənbələr