“Azərxalça” ASC aprel-iyil aylarında tədbir keçirməyi planlaşdırır.
Məlumatda bildirilir ki, həmin tədbirlərə xaricdən qonaqlar dəvət olunacaq. Rəsmi qaynaqlarda Avropa, Asiya və Yaxın Şərqdən 22 qonağın gəlişi üçün bilet alınacaq. 5 gün davam edəcək tədbirdə iştirak edənlər 5 ulduzlu hotellərdə yerləşdiriləcək və yeməklə təmin olunacaqlar.
Məlumatda qeyd edilir ki, “Azərxalça” bu məqsədlər üçün 149 min 270 manat pulı xərcləməyə nəzərədə tutub. Həmin pula Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət üçün 300 ədəd qızıl gülün alınması, yüklərin daşınması, Avropa, Asiya və Yaxın Şərqdən yüklərin daşınması, 2020-ci ilin maşınları ilə qonaqların daşınması və broker xidmətləri daxildir.