AZ

Yalnız “İndependyente Rivadaviya” büdrəməyib - İCMAL

Startı yanvarın 22-də verilən Argentina çempionatının Apertura (açılış) mərhələsində son bir həftədə iki tur keçirildi. 30 oyundan sonra yalnız bir komanda itkisiz irəliləyir, xal qazana bilməyən komanda sayı da birə bərabərdi.

"Footbaqll-plus.az" xəbər verir ki, ötən ilin dekabrında müəyyənləşən Klausuranın çempionu La Plata “Estudiantes”i Aperturaya “İndependyente” ilə səfər oyunuyla başlamış və 1:1 hesabına razılaşmışdı. Eduardo Domingesin komandası növbəti iki turda hesabına 4 xal yazdı. Evdə “Boka Xuniors”a 2:1 hesabıyla qalib gələn “tələbələr” səfərdə “Defensa y Xustisiya” ilə qolsuz heç-heçə etdi. Nəticədə xalını 5-ə çatdıran “Estudiantes” A qrupunda 6-cı yeri tutur.

İlk turda vitse-çempion da büdrəmişdi: “Rasinq” yeni mövsümün birinci mərhələsinə uğursuz start vermişdi. Qustavo Kostas ilə gümüş medallara sahib çıxan komanda La Platada “Ximnasiya”ya 1:2 hesabıyla məğlub olandan sonra da azarkeşlərini məyus etdi. Evdə “Rosario Sentral”a 1:2, səfərdə “Tiqre”yə 1:3 hesabıyla uduzdu. Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan avelyanedalılar B qrupunda 15-ci yeri tuturlar.

Ölkə nəhəngləri yeni mövsümə qələbə ilə start vermişdilər. Klausurada mübarizəni yarımfinalda dayandıran “Boka Xuniors”un evdə “Deportivo Riestra”ya yeganə qolla qalib gələndən sonra “Estudiantes”ə uduzduğunu qeyd etdik. Klaudio Ubedanın komandası çempiona məğlubiyyətin acığını, necə deyərlər, “Nyuellz Old Boyz”dan çıxdı. 2:0 hesablı qələbə paytaxt klubunu A qrupunda 4-cü yerə çıxardı. Bu qrupda üç turdan sonra hərəyə 7 xal toplayan “Lanus”, “Veles Sarsfild” və “Platense” şərikli liderdi.

“River Pleyt” də Aperturaya minimalhesablı qələbə ilə başlamışdı. Ölkə nəhəngi səfərdə “Barrakas Sentral”ı minimal hesabla məğlub edəndən sonrakı iki oyunda 4 xal qazandı. Marselo Qalyardonun komandası evdə “Ximnasiya”ya 2:0 hesabıyla qalib gəldi, “Rosario Sentral” ilə səfər oyunu isə qolsuz başa çatdı. “River” indi B qrupunda 7 xalla 3-cü yerdədi. Bu qrupda “Tiqre” də bu qədər xal toplamaqla topların daha yaxşı fərqinə əsasən 2-ci yeri tutur. B qrupunun lideri isə “İndependyente Rivadaviya”dı. Alfredo Bertinin komandası çempionatın ilk üç turdan sonra büdrəməyən yeganə iştirakçısıdı.

qrup mərhələsi, 2-ci tur
Estudiantes LP - Boka Xuniors 2:1

Nunyes, 28. Qonsales Pires, 39 – Sebalyos, 81.

Rasinq - Rosario Sentral 1:2
A.Martines, 45+1 - Di Mariya, 24. Velis, 35.

River Pleyt - Ximnasiya LP 2:0
Kintero, 41; 50.

Platense - İnstituto 2:1
Sapiola, 29. Nasif, 75 - Luna, 73.

Veles Sarsfild - Talyeres de Kordoba 2:1
Lansini, 52. X.Qarsiya, 79 – Şott, 27.

Atletiko Urakan - İndependyente Rivadaviya 1:2
Kaysedo, 39 – Sartori, 53. Studer, 65.

Ximnasiya M - San Lorenso 0:1
Eraso, 70.

Atletiko Tukuman - Sentral Kordoba 0:0
Aldosivi - Barrakas Sentral 0:0

Deportivo Riestra - Defensa y Xustisiya 0:1
Botta, 29.

Belqrano - Tiqre 1:1
L.Qutyerres, 83 – D.Romero, 62.

Lanus - Union 2:1
Karrera, 45+3. M.Moreno, 56 – Tarraqona, 66.

Sarmyento - Banfild 1:0
Çurin, 45+6-p.

Estudiantes RK - Arxentinos Xuniors 0:0

Nyuellz Old Boyz - İndependyente 1:1
Oyos, 89 – Avalos, 34.

3-cü tur
Defensa y Xustisiya - Estudiantes LP 0:0

Tiqre - Rasinq 3:1

D.Romero, 45+4. Russo, 85. Q.Martines, 89 – Roxas, 80.

Boka Xuniors - Nyuellz Old Boyz 2:0
Blanko, 40. L.Paredes, 56.

Rosario Sentral - River Pleyt 0:0

San Lorenso - Sentral Kordoba 1:0

Q.Rodriges, 55.

İndependyente - Veles Sarsfild 1:1
Qodon, 32-öz aqapısına – Qordon, 31.

Atletiko Tukuman - Atletiko Urakan 1:1
L.Dias, 45+6-p. – X.Kaysedo, 66-p.

Talyeres de Kordoba - Platense 1:2
Vaskes, 51-öz qapısına - Vaskes, 21-p. Baes, 83-öz qapısına.

Barrakas Sentral - Deportivo Riestra 1:1
İnsua, 90+14-p. – Alonso, 24.

Ximnasiya LP - Aldosivi 3:1
Skelotto, 14. Ausmendi, 81. M.Torres, 85-p. - Xino, 41-p.

Arxentinos Xuniors - Belqrano 0:0

Union - Ximnasiya M 4:0
Profini, 4. Lusiano Paredes, 41-öz qapısına. Estiqarribia, 79-p. D.Dias, 84.

Banfild - Estudiantes RK 2:1
L.Qomes, 57. M.Mendes, 88 – Qarnerone, 14.

İndependyente Rivadaviya – Sarmyento 2:1
Sartori, 21. Osella, 52 – Marabel, 69.

İnstituto - Lanus 2:2
Xara, 25-p. Qalyardo, 90+3 – Marsiç, 54. M.Moreno, 71.

A qrupu
1. Lanus 3 2 1 0 7-5 7
2. Veles Sarsfild 3 2 1 0 4-2 7
3. Platense 3 2 1 0 4-2 7
4. Boka Xuniors 3 2 0 1 4-2 6
5. San Lorenso 3 2 0 1 4-3 6
6. Estudiantes LP 3 1 2 0 3-2 5
7. Defensa y Xustisiya 3 1 2 0 1-0 5
8. Union 3 1 1 1 5-2 4
9. İndependyente 3 0 3 0 3-3 3
10. Talyeres de Kordoba 3 1 0 2 4-5 3
11. Ximnasiya M 3 1 0 2 1-5 3
12. İnstituto 3 0 1 2 3-5 1
13. Deportivo Riestra 3 0 1 2 1-3 1
14. Sentral Kordoba 3 0 1 2 0-2 1
15. Nyuellz Old Boyz 3 0 1 2 2-5 1

B qrupu
1. İndependyente Rivadaviya 3 3 0 0 5-3 9
2. Tiqre 3 2 1 0 6-2 7
3. River Pleyt 3 2 1 0 3-0 7
4. Ximnasiya LP 3 2 0 1 5-4 6
5. Belqrano 3 1 2 0 3-2 5
6. Arxentinos Xuniors 3 1 2 0 1-0 5
7. Rosario Sentral 3 1 1 1 3-3 4
8. Banfild 3 1 1 1 3-3 4
9. Sarmyento 3 1 0 2 2-3 3
10. Atletiko Urakan 3 0 2 1 3-4 2
11. Atletiko Tukuman 3 0 2 1 2-3 2
12. Barrakas Sentral 3 0 2 1 1-2 2
13. Aldosivi 3 0 2 1 1-3 2
14. Estudiantes RK 3 0 1 2 1-4 1
15. Rasinq 3 0 0 3 3-7 0

Bombardir: Kuelyo (San Lorenso) - 2.

Seçilən
59
1
football-plus.az

2Mənbələr