AZ

Ofeliya Şabanova ailə dağıtmaqda günahlandırıldı Müğənniyə sonuncu xəbərdarlıq

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Müğənni Nüşabə Musayeva həmkarı Ofeliya Şabanova haqqında sərt fikirlər səsləndirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “5 gün Mikayılla” proqramında danışıb.

N. Musayeva Ofeliya Şabanovanın hazırkı həyat yoldaşının başqa nikahdan 2–3 uşağı olduğunu iddia edərək, onun ailə dəyərlərindən danışmağa haqqı olmadığını bildirib:

“Gedək sənin arxivini araşdıraq. Sən əxlaqdan, ailə dəyərlərindən danışıb camaatın qadınlarına dərs verə bilməzsən. Sən örnək deyilsən. Bizim qeyrətli ana-bacılarımız var, əllərindən öpürəm. Sən heç kim üçün qeyrət ikonası deyilsən. Sənin qeyrətin evindəki ərinə lazımdır.

Sən sənətinlə, səsinlə tanınmamısan, corabla tanınmısan. Bu gün gözəl ifalar edə, kimisə təqlid edə, hətta möhtəşəm sənət göstərə bilərsən, yenə də maraqsızsan. Sənin zirvən bilmirəm hansı ölçüdədir, amma sən oxu, mən oxumayım, yenə də mənim kölgəmdə sönük qalacaqsan.

Get öz taylarınla, öz yaşıdlarınla, ev yıxıb ailə dağıdan insanlarla uğraş. Mən bu günə qədər kimsənin çörəyinə bais olmamışam, evini yıxmamışam. Öz övladım da öz halal ərimdəndir. Kiminsə arvadı, uşağı mənə görə gözü yaşlı, atasız qalmayıb. Get öz işinlə məşğul ol. Bu sənə sonuncu xəbərdarlığımdır”.

Yasəmən

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
www.bakupost.az

1Mənbələr