AZ

Ötən il dörd yeni bələdiyyə müəssisəsi yaradılıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən il dörd yeni bələdiyyə müəssisəsi yaradılıb.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan metodiki işlər davam etdirilib.

Bu çərçivədə 2025-ci ildə dörd yeni bələdiyyə müəssisəsi (Gədəbəy bələdiyyəsi - "Yaşıl Gədəbəy", Xol Qarabucaq bələdiyyəsi - "Zəfər-Agro-2025", Oğuz bələdiyyəsi - "Oğuz-2025", İsmayıllı bələdiyyəsi - "İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi") yaradılıb ki, onların əsas fəaliyyət istiqamətlərini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələlər əhatə edir.

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
oxu.az

1Mənbələr