AZ

"Soboslaiyə yazığım gəlir" - Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand 25-ci tur çərçivəsində qarşılaşdıqları "Liverpul"la matçda (2:1) ona qarşı kobudluğa görə meydandan qovulan rəqib oyunçusu Dominik Soboslainin qırmızı vərəqə alması ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, BBC "şəhərlilər"in norveçli ulduzunun fikirlərini belə təqdim edib:

"Sözsüz ki, hakim qaydalara əməl etməlidir... Amma səmimi desəm, Dominik Soboslaiyə görə təəssüflənirəm. İndi ona üç oyunluq cəza veriləcək... Sadəcə qolu saysınlar, qırmızı vərəqə göstərməsinlər. Bu qədər bəsitdir!".

İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Siti" "Fulhem"i qəbul edəcək, "Liverpul" isə səfərdə "Sanderlend"lə qarşılaşacaq.

Mirağa

Seçilən
76
1
fanat.az

2Mənbələr