AZ

Təbrizdə Xalq Mücahidlərinin 7 üzvü həbs edildi

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Təbrizdə keçirilən əməliyyat nəticəsində İran Xalq Mücahidləri Təşkilatına bağlı olan 7 nəfərlik qrup həbs edilib.

Axar.az xəbər verir ki, bu haqda Şərqi Azərbaycan əyalətinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Onların etiraz aksiyalarında təşkilatçı və təxribatçı olduqları iddia olunub.

Həbs olunanların kimliyi barədə əlavə açıqlama verilməyib.

Bununla yanaşı, əyalətdə etiraz aksiyaları ilə bağlı bir neçə yüz nəfərin saxlanıldığı və onlardan bəzilərinə qarşı cinayət işinin açıldığı bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
1
axar.az

2Mənbələr