AZ

Xamenei “düşmən”dən danışdı və çağırış etdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın dini rəhbəri Əli Xamenei 22 Bəhmən(11 fevral) - İran İslam İnqilabının Qələbə Günü münasibəti ilə çıxış edərək, ölkə əhalisini birlik nümayiş etdirməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Düşmənin məyusluğu sizin birliyinizdən, düşüncə və iradə gücünüzdən, motivasiyanızdan və düşmənin vəsvəsələrinə qarşı müqavimətinizdən irəli gəlir. Bunlar milli gücü təşkil edir”, – o vurğulayıb.

Qeyd edək ki, Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüşə gəlməməklə təəccübə səbəb olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
axar.az

2Mənbələr