AZ

Xamenei İran xalqını birlik nümayiş etdirməyə çağırdı

Bu gün İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkə əhalisini birlik nümayiş etdirməyə çağırıb.

Missiya.Az xəbər verir ki, o bunu “22 Bəhmən” -İran İslam İnqilabının Qələbə Günü münasibəti ilə çıxışında deyib.

Xamenei bildirib ki, xalqın səbr və iradəsi düşməni məyus etməlidir.

Onun sözlərinə görə, düşmən məyus olana qədər millət təzyiqlərlə üzləşəcək:

“Düşmənin məyusluğu sizin birliyinizdən, düşüncə və iradə gücünüzdən, motivasiyanızdan və düşmənin vəsvəsələrinə qarşı müqavimətinizdən irəli gəlir. Bunlar milli gücü təşkil edir”, - Ali Rəhbər vurğulayıb.

Qeyd edək ki, Xamenei “düşmən” anlayışı altında əsasən ABŞ, İsrail və Avropa ölkələrini nəzərdə tutur. Onun bu açıqlamaları isə İranda son aylarda baş verən və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə yatırılan kütləvi etirazlardan sonra səsləndirilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
80
missiya.az

1Mənbələr