AZ

Azərbaycan İranla sərhədi açır?

ain.az, Axar.az saytına istinadən bildirir.

Yüksək vəzifəli rəsmilər arasında danışıqlardan sonra Azərbaycan və İran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edir.

Axar.az xəbər verir ki, bunu İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə deyib.

Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianla birlikdə Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev sərhəddəki vəziyyətə reaksiya ilə bağlı müsbət vədlər verib.

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
7
axar.az

10Mənbələr