AZ

Morqda dəhşətli ticarət: Bədən hissələrini kosmetoloqlara satıblar AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sankt-Peterburqda xəstəxananın morqunda unudulmuş və tələb olunmayan mərhumların bədən hissələri kommersiya şirkətlərinə satılıb və bu materiallar kosmetologiya, stomatologiya və cərrahiyyə sahələrində təcrübə üçün istifadə edilib. Saxlanılanlar arasında xəstəxananın patoloji-anatomiya şöbəsinin müdiri və kommersiya təşkilatının təsisçisi də var, morqda həmçinin bədən hissələri və digər bioloji materiallar müsadirə olunub və cinayət işi açılıb.Bəs bu kimi hallar hüquqi baxımdan necə tənzimlənir?Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, qanunvericiliyə əsasən heç bir insanın bədəni və ya bədən hissələri əsassız və icazəsiz şəkildə istifadə oluna və satıla bilməz:“Bu, istər canlı insanlara, istərsə də mərhumlara şamil olunan fundamental hüquqi prinsipdir. Belə hallarda ya həmin şəxsin sağlığında verdiyi açıq razılıq, ya da ölümündən sonra ailə üzvlərinin və ya qanuni nümayəndələrinin icazəsi olmalıdır. Bu şərtlərdən hər hansı biri olmadan insan bədəni üzərində hər cür kommersiya fəaliyyəti birbaşa qanun pozuntusu hesab edilir. Bildiyim və beynəlxalq praktikadan da göründüyü kimi, demək olar ki, bütün ölkələrdə insan bədəninin və ya orqanlarının satışı ilə bağlı ciddi cəza tədbirləri mövcuddur. Qanunlar ölkədən-ölkəyə fərqlənsə də, mahiyyət eynidir. İnsan bədəni ticarət predmeti deyil. Xüsusilə də mərhumların bədən hissələrinin gizli şəkildə çıxarılması və kommersiya şirkətlərinə satılması həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Ölüm insanın hüquqlarını tamamilə aradan qaldırmır və mərhumun bədəni də qanun və etik normalarla qorunmalıdır”.Mərhumların bədən hissələrinin gizli şəkildə çıxarılması və kommersiya şirkətlərinə satılması həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Ölüm insanın hüquqlarını tamamilə aradan qaldırmır və mərhumun bədəni də qanun və etik normalarla qorunmalıdır. Bu hadisə həm tibb müəssisələrində nəzarətin gücləndirilməsi, həm də cəmiyyətdə bioetika məsələlərinin yenidən müzakirə edilməsi zərurətini ortaya qoyur.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
demokrat.az

1Mənbələr