AZ

Liviya sahillərində FACİƏ: 53 miqrant HƏLAK OLUB

Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb. Qeyd olunur ki, hadisə 6 fevral tarixində Liviyanın Zuvara şəhərinin şimalında baş verib. Qayıqda ümumilikdə 55 miqrant olub. Liviya hakimiyyəti tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində iki Nigeriya vətəndaşı olan qadın xilas edilib. BMqT-nin məlumatına əsasən, təkcə yanvar ayı ərzində Aralıq dənizinin mərkəzi hissəsində ekstremal hava şəraiti fonunda baş verən çoxsaylı “görünməz” gəmi qəzaları nəticəsində azı 375 miqrant həlak olub və ya itkin düşüb.

 

Seçilən
87
Ajans.az

1Mənbələr