AZ

İğtişaşaçılar əfv olunmayacaq - Ejei

İran hakimiyyəti ölkədə baş verən son iğtişaşlarda iştirak etməkdə və onları təşkil etməkdə ittiham olunan məhbusları əfv siyahısından çıxarıb.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei danışıb.

O bildirib: "Mövcud vəziyyəti və son silahlı iğtişaşları nəzərə alaraq, təhlükəsizlik məsələləri ilə bağlı hər hansı bir şəkildə bütün məhbusların adlarının əfv siyahısından çıxarılması barədə əmr verdim. Son iğtişaşlara görə məhkum edilənlər də əfv siyahısına daxil edilməyəcək".

Xatırlatma: İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası ucbatından başlayıb, lakin sonradan iğtişaşlara çevrilib. 

Qanlı toqqşumalarda 3117 nəfər həlak olub.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr