AZ

Hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək

Hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək

Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı və bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Bakıda və Abşeron yarımadasında:Fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara və qara keçəcəyi ehtimal olunur. Gün ərzində ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Temperaturun həm gecə, həm də gündüz 1-4 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında:Bölgələrdə də fevralın 10-11-də hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə intensiv qar yağacaq. Dağlıq ərazilərdə temperaturun gecə 3-8 dərəcə şaxta təşkil edəcəyi bildirilir.

Yollarla bağlı xəbərdarlıq:Fevralın 10-dan 12-dək bəzi dağlıq və dağətəyi rayonlarda, eləcə də şəhərətrafı yollarda buz bağlama ehtimalı yüksəkdir. Sürücülərə və piyadalara ehtiyatlı olmaq tövsiyə edilir.

Seçilən
83
41
afn.az

10Mənbələr