AZ

Torpağın təyinatı ilə bağlı uyğunsuzluqlar 15 gündə araşdırılacaq

Bakı. Trend:

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçünsənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedurQaydaları”nda dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçüntəqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı)dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdəqeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günümüddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmaaparılacaq.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdəgöstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərindəhüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrındamüvafiq düzəlişlər ediləcək.

Seçilən
48
13
az.trend.az

10Mənbələr